Avropa Liqasının yarımfinalçıları müəyyənləşib - VİDEO

Avropa Liqasının yarımfinalçıları müəyyənləşib - VİDEO "Anderlext", "Genk", "Şalke-04" və "Beşiktaş" turniri tərk edib
Futbol
21 Aprel , 2017 01:56
Avropa Liqasının yarımfinalçıları müəyyənləşib - VİDEO

Bakı. 21 aprel. REPORT.AZ/ 2016/17-ci illər mövsümündə futbol üzrə Avropa Liqasının bütün yarımfinalçıları müəyyənləşib.

"Report" xəbər verir ki, ¼ finalın nəticələrinə görə Belçikanın "Anderlext" və "Genk", Almaniyanın "Şalke-04" və Türkiyənin "Beşiktaş" klubları turniri tərk edib.

"Mançester Yunayted" (İngiltərə), "Selta Viqo" (İspaniya), "Ajax" (Hollandiya) və "Lion" (Fransa) klubları Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanıblar.

Turnirin yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 21-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

1/2 final görüşləri 4 və 11 may, final matçı isə 24 may tarixinə nəzərdə tutulub. Turnirin həlledici qarşılaşması İsveçin Solne şəhərinin "Frends Arena" stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi