Avropa Liqası: Yarımfinalçılar bəlli olub, "Barselona" mübarizəni dayandırıb

Futbol
  • 14 aprel, 2022
  • 21:33
Avropa Liqası: Yarımfinalçılar bəlli olub, Barselona mübarizəni dayandırıb

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.

"Report"un məlumatına görə, son olaraq Şotlandiya "Reyncers"i adını növbəti mərhələyə yazdırıb.

Qlazqo təmsilçisi 1/4 finalın cavab oyununda Portuqaliya "Braqa"sı ilə qarşılaşıb. Görüşün əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. 101-ci dəqiqədə daha bir qol vuran Şotlandiya təmsilçisi yekunda 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, yarımfinalda "Reyncers" və İngiltərə "Vest Hem"i müvafiq olaraq, Almaniyanın "Leyptsiq" və "Ayntraxt" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

00:58

UEFA Avropa Liqasında yarımfinalın daha 2 iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, 1/4 finalın cavab oyunlarından sonra Almaniya "Leyptsiq"i ilə yanaşı, bu ölkənin digər təmsilçisi "Ayntraxt" və İngiltərə "Vest Hem"i növbəti mərhələyə vəsiqə əldə edib.

Gecənin sensasiyası İspaniyada qeyd alınıb. Evdə "Ayntraxt"a 2:3 hesabı ilə uduzan "Barselona" mübarizəni dayandırıb. "Vest Hem" isə Fransada "Lion"a qalib gəlib.

Şotlandiyada "Reyncers" və Portuqaliya "Braqa"sı arasında keçirilən oyunun əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılır.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qol: Kristofer Nkunku, 18. 87 (pen.)

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3

Qollar: Serxio Busgets, 90+1. Memfis Depay, 90+11 (pen.) - Filip Kostiç, 4; 67 (pen.). Rafael Borre, 36

Qırmızı vərəqə: Evan N Dika, 90+10 ("Ayntraxt")

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3

Qollar: Kreyq Douson, 38. Deklan Rays, 44. Carrod Bouen, 48

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:1 (ƏLAVƏ VAXTDA - 1:0)

Qollar: Ceyms Tavernye, 2; 44 (pen.). Kemar Ruf, 101 - David Karmu, 83

Qırmızı vərəqə: Vitor Tormena, 43, Yuri Madeyruş, 105 (hər ikisi "Braqa")

İlk oyun - 0:1

22:36

UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

"Report"un məlumatına görə, 1/4 final mərhələsinin cavab oyununda İtaliyada "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Almaniya "Leyptsiq"i adını növbəti raunda yazdırıb. Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi.

Bundesliqa təmsilçisi finala gedən yolda "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Qeyd edək ki, 1/4 finalın digər 3 cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Kristofer Nkunku, 18; 87 (pen.)

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:1