Avropa Liqası: "Barselona" "Ayntraxt"la, "Lion" "Vest Hem"lə heç-heçə edib

Futbol
  • 07 aprel, 2022
  • 21:03
Avropa Liqası: Barselona Ayntraxtla, Lion Vest Hemlə heç-heçə edib

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

"Report"un məlumatına görə, son 3 görüşdə 2 heç-heçə, 1 qələbə qeydə alınıb.

İspaniya "Barselona"sı Almaniyada "Ayntraxt"la bərabərə qalıb - 1:1. Matçda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Ansqar Knauff açıb. Qonaqlardan isə 66-cı dəqiqədə Ferran Torres fərqlənib.

İngiltərədə "Vest Hem" və Fransa "Lion"u arasındakı oyunda da qalib müəyyənləşməyib. Yeganə qələbəni Portuqaliya "Braqa"sı evdə qazanıb. Meydan sahibləri Şotlandiya "Reyncers"ini məğlub ediblər.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) - Luis Muriel, 17

23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya) - 1:1

Qollar: Ansqar Knauff, 48 - Ferran Torres, 66

Qırmızı vərəqə: Tuta, 78 ("Ayntraxt")

23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) - 1:1

Qollar: Carrod Bouen, 52 - Tanqi Ndombele, 66

Qırmızı vərəqə: Aaron Kressuell, 45+3 ("Vest Hem")

23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Abel Ruis, 40

Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.

22:35

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, açılış oyununda Almaniya "Leyptsiq"i İtaliya "Atalanta"sını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. Luis Muriel 17-ci dəqiqədə komandasını önə keçirib. Meydan sahibləri 58-ci dəqiqədə Davide Zappakostanın öz qapısına vurduğu qolla tarazlığı bərpa ediblər.

Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) - Luis Muriel, 17

Qeyd edək ki, gecənin digər oyunlarında İspaniya "Barselona"sı Almaniyada "Ayntraxt"ın, Fransa "Lion"u İngiltərədə "Vest Hem"in, Şotlandiya "Reyncers"i isə Portuqaliyada "Braqa"nın qonağı olacaq. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti