UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi bu raundda İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq. "Sarı-qırmızılar" cavab görüşünü evdə keçirəcək.
Avropa Liqası
1/8 final mərhələsi
"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)
"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)
"Portu" (Portuqaliya) - "Lion" (Fransa)
"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)
"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)
"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)
"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)
Qeyd edək ki, ilk matçlar martın 10-da, cavab görüşləri martın 17-də olacaq.