"Keşlə" bu gün UEFA Avropa Liqasında mübarizəyə qoşulacaq.
"Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasında ötən mövsümün bürünc medalçısı Bakıda Albaniya "Laçi"sini sınağa çəkəcək.
"ASK Arena"dakı qarşılaşma saat 21:00-da start götürəcək. Pandemiya səbəbindən stadiona azarkeşlər buraxılmayacaq və cütün taleyini 1 oyun həll edəcək.
Bu, komandaların avrokuboklarda 2-ci dueli olacaq. Daha əvvəl 2015/2016 mövsümündə yenə Avropa Liqasının I raundunda üz-üzə gələn komandaların görüşündə o vaxtkı adı ilə "İnter" iki matçın nəticəsinə əsasən mərhələ adlamışdı.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust
21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya)
Hakimlər: Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı, “ASK Arena”
Qeyd edək ki, bu gün "Keşlə" ilə yanaşı, "Neftçi" və "Sumqayıt" da Avropa Liqasında mübarizəyə başlayacaq.