Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub olub - YENİLƏNİB - 4 - VİDEO

Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub olub - YENİLƏNİB - 4 - VİDEO UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyunu start götürüb.
Futbol
13 Dekabr , 2024 01:49
Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub olub - YENİLƏNİB - 4 - VİDEO

"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.

"Report"un məlumatına görə, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.

01:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, "Buros Arena"da keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 1:0.

57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.

01:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

00:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

00:01

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Buros şəhərindəki "Buros Arena"da keçirilir.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

Son xəbərlər

Orphus sistemi