UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - YENİLƏNİB 6

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - YENİLƏNİB 6 UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı start götürüb.
Futbol
6 Avqust , 2024 22:01
UEFA Çempionlar Liqası: Qarabağ evdə Bolqarıstan klubuna məğlub olub - YENİLƏNİB 6

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı başa çatıb.

"Report" xəbər verir ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bolqarıstan klubunun heyətində Diniş Almeyda (56) və Kayo Vidal (87) fərqlənib. "Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb.

89-cu dəqiqədə K.Vidal qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 13-də keçiriləcək.

21:49

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında 3-cü qol vurulub.

"Report" xəbər verir ki, Bolqarıstan klubundan Kayo Vidal hesab arasındakı 87-ci dəqiqədə fərqi artırıb - 1:2.

Vidal 89-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

"Qarabağ"dan Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlardan Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib.

21:27

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb - 1:1.

Qonaqlardan isə Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib.

21:19

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında hesab açılıb.

"Report" xəbər verir ki, qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib - 0:1

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

21:05

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, hazırda davam edən oyunda hesab açılmayıb.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

20:51

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə qolsuz yollanıb.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) matçı start götürüb.

"Report" xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir.

Foto: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi