Avropa Liqası: "Barselona" Daniel Alvesin adını sifariş ərizəsinə salmayıb

Futbol
  • 02 fevral, 2022
  • 18:07
Avropa Liqası: Barselona Daniel Alvesin adını sifariş ərizəsinə salmayıb

İspaniya "Barselona"sı İtaliyanın "Napoli" klubuna qarşı keçirəcəyi Avropa Liqasının pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, siyahıda 38 futbolçu yer alıb. Onların arasında komandanın yeni transferi Dani Alvesin adı yoxdur.

Baş məşqçi Xavi Ernandes digər yeni oyunçular - Ferran Torres, Adama Traore və Pyer-Emerik Obameyanqı isə sifraiş ərizəsinə daxil edib.

Qeyd edək ki, "Barselona" və "Napoli" arasında ilk oyun fevralın 17-də, cavab matçı isə bundan bir həftə sonra olacaq.