"Avropa Liqası": "Atalanta" 1/4 finalın ilk oyununda səfərdə "Liverpul"u darmadağın edib

"Avropa Liqası": "Atalanta" 1/4 finalın ilk oyununda səfərdə "Liverpul"u darmadağın edib UEFA Avropa Liqasının 1/4 final mərhələsində ilk oyunlar keçirilib.
Futbol
12 Aprel , 2024 01:11
Avropa Liqası: Atalanta 1/4 finalın ilk oyununda səfərdə Liverpulu darmadağın edib

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

"Report" xəbər verir ki, gecə gözlənilməz nəticələrlə yadda qalıb.

Belə ki, İtaliyanın "Atalanta" klubu İngiltərədə "Liverpul"a 3:0 hesabı ilə qalib gəlib. Qolları Canluka Skamakka (38, 60) və Mario Paşaliç (83) vurublar.

Digər oyunda İtaliyanın iki nəhəngi - "Milan" və "Roma" üz-üzə gəliblər. "Qırmızı-qaralar" gözlənilmədən öz meydanında məğlub olub. Oyunda yeganə qolu 17-ci dəqiqədə Canluka Mançini vurub.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar

11 aprel
23:00. “Milan” (İtaliya) – “Roma” (İtaliya) 0:1
23:00. “Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya) 0:3
23:00. “Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə) 2:0
23:00. “Benfika” (Portuqaliya) – “Marsel” (Fransa) 2:1

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi