Avropa çempionatı: Finalda İspaniya və İngiltərə qarşılaşacaq - YENİLƏNİB

Avropa çempionatı: Finalda İspaniya və İngiltərə qarşılaşacaq - YENİLƏNİB 21 yaşadək futbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.
Futbol
6 İyul , 2023 01:32
Avropa çempionatı: Finalda İspaniya və İngiltərə qarşılaşacaq - YENİLƏNİB

21 yaşadək futbolçular arasında Avropa çempionatında ikinci finalçı da müəyyənləşib.

"Report"un məlumatına görə, növbəti yarımfinal matçında İspaniya və Ukraynanın müvafiq yaş qruplarından ibarət komandaları üz-üzə gəliblər.

Görüş ispanların 5:1 hesablı darmadağını ilə yekunlaşıb.

Bu nəticə ilə finala yüksələn İspaniya millisi həlledici matçda İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 8-də, saat 20:00-da başlayacaq final matçı Gürcüstanın Batumi şəhərində oynanılacaq.

2023-07-05 22:27

21 yaşadək futbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinalda İsrail yığmasını 3:0 hesabı ilə məğlub edən İngiltərə millisi həlledici matça vəsiqə qazanıb.

Qolları 42-ci dəqiqədə Morqan Gibbs Uayt, 63-cü dəqiqədə Koul Palmer və 90-cı dəqiqədə Kemeron Arçer vurublar. 17-ci dəqiqədə Uayt penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, İngiltərə seçməsinin finaldakı rəqibi İspaniya - Ukrayna cütünün qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi