Avropa çempionatı: Azərbaycanın basketbol millisi Moldovaya qalib gəlib

Avropa çempionatı: Azərbaycanın basketbol millisi Moldovaya qalib gəlib 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
Futbol
28 İyul , 2022 16:07
Avropa çempionatı: Azərbaycanın basketbol millisi Moldovaya qalib gəlib

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, C divizionunda yer alan və yarımfinala vəsiqəni ötən tur təmin edən yığma B qrupundakı sonuncu matçında Moldova ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycanın 75:66 hesalı qələbəsi ilə başa çatıb.

Milli komandanın yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra matçının qalibi olacaq. İyulun 30-da oynanılacaq yarımfinal görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60, üçüncü matçında isə Ermənistana 76:65 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi