Avropa çempionatı: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb Azərbaycanın daha 6 yeniyetmə cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Futbol
24 İyun , 2022 17:18
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Azərbaycanın daha 6 yeniyetmə cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, ikinci yarış günündə kişilərdən 66 kq-da Nicat Nağıyev və Əbil Yusubov, 73 kq-da Əli Hacızadə və Süleyman Əliyev, qadınlardan isə 52 kq-da Vüsalə Hacıyeva və 57 kq-da Fidan Əlizadə tatamiyə çıxıb.

Onlardan yalnız Əlizadə finaladək irəliləyə bilib. Yarımfinalda avstriyalı Anna Quliteyə qalib gələn cüdoçu həlledici qarşılaşmada macarıstanlı İnes Boqnarla üz-üzə gələcək.

Nağıyev, Yusubov və Hacızadə isə bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar, italiyalı Federiko Bosis və israilli Yaniv Aqranovu sınağa çəkəcəklər.

Süleyman Əliyev və Vüsalə Hacıyeva isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa çempionatının ilk günündə 4 medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi