AVRO-2020: 1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu

AVRO-2020: 1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu Onlardan birinin qalibi Bakıya gələcək
Futbol
22 İyun , 2021 10:34
AVRO-2020: 1/8 final mərhələsinin ilk 2 cütü məlum oldu

Avropa çempionatında 1/8 final mərhələsinin ilk 2 cütünün tərkibi müəyyənləşib.

"Report"un məlumatına görə, iyunun 26-da Hollandiyanın paytaxtı Amsterdamda Uels - Danimarka, İngiltərənin paytaxtı Londonda İtaliya - Avstriya görüşləri keçiriləcək. Birinci cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçının iştirakçı komandalarından biri olacaq. Uels Danimarkaya qalib gəlsə, yenidən Azərbaycan paytaxtına səfər edəcək. Robert Peycin baş məşqçi olduğu kollektiv A qrupunda 4 xal toplayaraq, ikinci yeri tutub. Bu xallar məhz Bakı Olimpiya Stadionunda İsveçrə (1:1) və Türkiyə (2:0) ilə qarşılaşmalarda qazanılıb. Danimarka isə B qrupunda 3 xalla 2-ci olub.

A qrupundakı hər 3 görüşünü qələbə ilə başa vuran İtaliya 9 xalla 1-ci yeri tutub. Avstriya isə C qrupunda 6 xalla 2-ci olub.

Qeyd edək ki, Bakıya gələcək digər komanda C qrupunda 9 xalla 1-ci yeri tutmuş Niderland ola bilər. Bundan ötrü "narıncılar" D, E və ya F qrupunda 3-cü yeri tutmuş komandalardan biri ilə görüşdən qalib ayrılmalıdırlar.

Son xəbərlər

Orphus sistemi