Avrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başlayıb

Avrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başlayıb Tarixində ilk dəfə avrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başlayıb.
Futbol
28 İyul , 2023 23:16
Avrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başlayıb

Tarixində ilk dəfə avrokuboklarda iştirak edən “Sabah”ın ev oyununa bilet satışları başlayıb.

"Report" xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – RFŞ (Latviya) qarşılaşmasının biletləri bu gün saat 19:00-dan etibarən satışa çıxıb.

“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə iticket.az saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə edə bilərlər.

Bilet almaq üçün linkə daxil ola bilərsiniz.

“Iticket” satış məntəqələri “28 mall”, “Gənclik mall”, Heydər Əliyev sarayı, “Azərbaycan” kinoteatrının yanındakı kassa, “Kontinental” marketin yanındakı kassa (Nizami küçəsində), Bakı şəhərində yerləşən 1, 2, 3 və 4 saylı “Asan xidmət” mərkəzləri, həmçinin Sumqayıt şəhərində yerləşən “Asan xidmət” mərkəzində yerləşir.

Qeyd edək ki, “Sabah” - RFŞ matçı avqustun 3-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi