Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son görüşü baş tutub.
"Report" xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən matçda B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlib.
Oyun italiyanların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 22-ci saniyədə albanlardan Nedim Bayrami açıb. 11-ci dəqiqədə Alessandro Bastoni hesaba tarazlıq gətirib. Qarşılaşmanın yekun nəticəsini isə İtaliyanın heyətində 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə ikinci hissə start götürüb.
"Report" xəbər verir ki, ilk hissədən sonra İtaliya 2:1 hesabı ilə öndədir.
Qeyd edək ki, bu qrupun ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, Luçano Spalettinin rəhbərlik etdiyi yığma fasiləyə 2:1 hesabı ilə üstün yollanıb.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə hesab yenidən dəyişib.
"Report" xəbər verir ki, 16-cı dəqiqədə adını tabloya yazdıran Nikolo Barella İtaliya millisini hesabda önə keçirib - 2:1.
Qarşılaşma davam edir.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə hesab bərabərləşib.
"Report" xəbər verir ki, 11-ci dəqiqədə Alessandro Bastoni İtaliya millisinin bərabərlik qolunu vurub.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələn İtaliya və Albaniya millilərinin görüşündə erkən qol vurulub.
"Report" xəbər verir ki, 1-ci dəqiqədə fərqlənən Nedim Bayrami albanları hesabda önə çıxarıb.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda günün son oyunu start götürüb.
"Report" xəbər verir ki, "Siqnal İduna Park"da başlayan görüşdə B qrupunun iki komandası - İtaliya və Albaniya yığmaları üz-üzə gəlir.
Qarşılaşmanı almaniyalı baş hakim Feliks Şvayer idarə edir.
Qeyd edək ki, bu qrupun bu gün keçirilən ilk matçında İspaniya Xorvatiya seçməsinə 3:0 hesabı ilə qalib gəlib.