AVRO-2024: İspaniya 1/8 finala yüksəlib - YENİLƏNİB - 4
- 20 iyun, 2024
- 20:54
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü başa çatıb.
"Report" xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən oyunda "buğalar" minimal hesabla qalib gəliblər - 1:0.
İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub. İspaniya yığması bu qələbə sayəsində B qrupunda xallarının sayını 6-ya çatdıraraq 1/8 finala vəsiqəni təmin edib.
| 1 | İspaniya | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
| 2 | İtaliya | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
| 3 | Albaniya | 2 | 0 | 1 | 1 | 3-4 | 1 |
| 4 | Xorvatiya | 2 | 0 | 1 | 1 | 2-5 | 1 |
00:18
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən B qrupunun oyununda "buğalar" hesabda önə çıxıblar.
İtaliya millisinin heyətində 55-ci dəqiqədə Rikkardo Kalafiori avtoqol müəllifi olub.
00:05
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşündə ikinci hissə start götürüb.
"Report" xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən B qrupunun oyununda ilk yarıdan sonra qapılara qol vurulmayıb.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
23:47
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşündə ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da gerçəkləşən B qrupunun oyununda ilk yarıda qapılara qol vurulmayıb.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
23:01
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun İspaniya - İtaliya görüşü start götürüb.
"Report" xəbər verir ki, Helzenkirhen şəhərindəki "Feltins Arena"da başlayan B qrupunun oyununu sloveniyalı beynəlxalq dərəcəli hakim Slavko Vinçiç idarə edir.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.