AVRO-2024: Niderland millisi turnirə qələbə ilə start verib - YENİLƏNİB - 6

AVRO-2024: Niderland millisi turnirə qələbə ilə start verib - YENİLƏNİB - 6 Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.
Futbol
16 İyun , 2024 18:51
AVRO-2024: Niderland millisi turnirə qələbə ilə start verib - YENİLƏNİB - 6

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.

"Report" xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.

Hamburq şəhərində gerçəkləşan qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.

18:42

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında növbəti qol vurulub.

"Report" xəbər verir ki, "narıncılar" hesabda önə keçiblər.

83-ü dəqiqədə Vaut Veqhorst komandasını hesabda irəli çıxarıb.

18:13

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ikinci hissə başlayıb..

"Report" xəbər verir ki, fasilədən sonra hesab bərabərdir - 1:1.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

17:50

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

17:35

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, ilk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "narıncılar"ın bərabərlik qolunu vurub - 1:1.

Qarşılaşma davam edir.

17:17

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab açılıb.

"Report" xəbər verir ki, 16-cı dəqiqədə Adam Buksa "narıncılar"ı cəzalandırıb.

Qarşılaşma davam edir.

17:00

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

"Report" xəbər verir ki, D qrupunun ilk matçında Polşa və Niderland milliləri üz-üzə gəlir.

Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.

Son xəbərlər

Orphus sistemi