Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.
"Report" xəbər verir ki, bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq.
Paytaxt Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var. Qrupun digər komandaları Fransa və Polşa isə Dortmund şəhərində qarşılşacaqlar. Fransa millisi 4 xala malikdirsə, Polşanın xalı yoxdur.
Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.
25 iyun
AVRO-2024
D qrupu, III tur
20:00. Niderland - Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.
20:00. Fransa - Polşa
Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".
1 | Niderland | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
2 | Fransa | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
3 | Avstriya | 2 | 1 | 0 | 1 | 3:2 | 3 |
4 | Polşa | 2 | 0 | 0 | 2 | 2-5 | 0 |
C qrupunda İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək. Qrup lideri İngiltərə 4, Sloveniya komandası isə 2 xala malikdir. Qrupun digər matçı Münxendə baş tutacaq. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
C qrupu, III tur
23:00. İngiltərə - Sloveniya
Baş hakim: Klement Turpin (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
23:00. Danimarka - Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münxen, "Alyans Arena".
1 | İngiltərə | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
2 | Danimarka | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
3 | Sloveniya | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
4 | Serbiya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.