AVRO-2020: UEFA final oyunu ilə bağlı intizam işi açdı

AVRO-2020: UEFA final oyunu ilə bağlı intizam işi açdı UEFA İtaliya və İngiltərə yığmaları arasında keçirilən Avropa çempionatının final oyunu ilə bağlı intizam işi açılıb.
Futbol
14 İyul , 2021 13:59
AVRO-2020: UEFA final oyunu ilə bağlı intizam işi açdı

UEFA İtaliya və İngiltərə yığmaları arasında keçirilən Avropa çempionatının final oyunu ilə bağlı intizam işi açılıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, istintaq müddətində azarkeşlərin meydana icazəsiz girişi, tribunadan oyun sahəsinə yad əşyaların atılması, fanatların priotexniki vasitələrdən istifadə etməsi və dövlət himnləri zamanı baş verən hadisələr araşdırılacaq.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin təyin etdiyi xüsusi müfəttiş stadionun içində və xaricində azarkeşlərin yol verdiyi hərəkətlərlə bağlı ayrıca intizam araşdırması aparacaq.

Qeyd edək ki, finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən İtaliya millisi Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi