AVRO-2020-nin təxirə salınmasının itkisi məlum oldu

AVRO-2020-nin təxirə salınmasının itkisi məlum oldu UEFA Avropa çempionatının təxirə salınmasına görə 300 milyon avro itki ilə üzləşəcək.
Futbol
19 Mart , 2020 10:08
AVRO-2020-nin təxirə salınmasının itkisi məlum oldu
shutterstock

UEFA Avropa çempionatının təxirə salınmasına görə 300 milyon avro itki ilə üzləşəcək.

"Report" ESPN-ə istinadən xəbər verir ki, AVRO-2020-ni ləğvi barədə qərar qurumun daha çox - 400 milyon avro itirməsinə gətirib çıxara bilərdi.

Reallıqda isə yarışın itkisi daha çox olacaqdı. Amma Avropa çempionatındakı 2.1 milyardlıq gəlir 300 milyon avroluq itkini bağlayacaq. Bildirilib ki, AVRO-2020 tamamilə ləğv olunsaydı, itkiləri heç nə ilə bağlamaq mümkün olmayacaqdı.

Qeyd edək ki, UEFA yarışın 2021-ci ildə keçirilməsinə qərar verib. Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. 

Son xəbərlər

Orphus sistemi