AVRO-2020: Çexiya və Danimarka milliləri Bakıya gəldi
Futbol
- 01 iyul, 2021
- 19:36
Çexiya millisi futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb.
"Report"un məlumatına görə, yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Yaroslav Şilqavının baş məşqçi olduğu komanda "Hilton" hotelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
Qeyd edək ki, Danimarka millisi də artıq Bakıdadır. Yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Kasper Hülmandın baş məşqçi olduğu komanda "Hyatt" hotelində qalacaq. Sabah yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.
İyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.
Son xəbərlər
01:05
Qafqazdakı sülh müqavilələri Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin ən perspektivli marşruta çevirir
Region00:21
Ərzurumda TIR ilə avtomobil toqquşub: Ölənlər var
Region00:00
Türkiyəli məşqçi səhhəti ilə bağlı "Gəncə" klubundan ayrılıb
Komanda23:50
Bessent: Tramp FES rəhbəri vəzifəsinə namizədi məhkəməyə verə biləcəyini zarafatla deyib
Digər ölkələr23:50
Foto
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
Fərdi23:34
"Azərreyl" heyətinə braziliyalı voleybolçu cəlb edib
Komanda23:23
Foto
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
Digər23:14
Rusiya Ermənistana nüvə sənayesində hərtərəfli əməkdaşlıq təklif edib
Region23:03
Foto