AVRO-2020: Britaniya səfiri Azərbaycana təşəkkür etdi
AVRO-2020: Britaniya səfiri Azərbaycana təşəkkür etdiFutbol üzrə Avropa çempionatının A qrupunda iki görüşünü Bakıda keçirmiş Uels millisi Azərbaycanı tərk edib.
Futbol üzrə Avropa çempionatında A qrupunun iki görüşünü Bakıda keçirmiş Uels millisi Azərbaycanı tərk edib.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri Ceyms Şarp tvitterdə yazıb.
O bildirib ki, Robert Peycin baş məşqçi olduğu komanda qrup mərhələsində İtaliyaya qarşı son oyun üçün Romaya gedib. Səfir AVRO-2020-də Uelsə göstərdiyi gözəl qonaqpərvərliyə görə, Azərbaycana təşəkkür edib.
Qeyd edək ki, Uels seçməsi Bakı Olimpiya Stadionundakı ilk matçında İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşdə Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.
Uels futbol komandası artıq Bakıdan növbəti matç üçün Romaya yola düşür. Azərbaycana #EURO2020 çərçivəsində Uelsə göstərdikləri gözəl qonaqpərvərlik üçün təşəkkür edirik. ️ ️ pic.twitter.com/qv85srHruU