AVRO-2020: 12 təşkilatçı şəhərin azarkeş təminatları - SİYAHI

AVRO-2020: 12 təşkilatçı şəhərin azarkeş təminatları - SİYAHI Futbol üzrə Avropa çempionatını qəbul edəcək şəhərlərin azarkeşlərlə bağlı konsepsiyalarını müəyyənləşdirmək üçün verilən müddət aprelin 7-də başa çatıb.
Futbol
8 Aprel , 2021 10:26
AVRO-2020: 12 təşkilatçı şəhərin azarkeş təminatları - SİYAHI

Futbol üzrə Avropa çempionatını qəbul edəcək şəhərlərin azarkeşlərlə bağlı konsepsiyalarını müəyyənləşdirmək üçün verilən müddət aprelin 7-də başa çatıb.

"Report"un məlumatına görə, 12 şəhərdən əksəriyyəti oyunları izləyəcək tamaşaçıların minimal sayını müəyyənləşdirib. Lakin hələ təminat verməyən, konkret say və qərarını açıqlamayan şəhərlər də var.

London (İngiltərə)
"Uembli" stadionu (Tutumu: 90 000 tamaşaçı) - mayın ortalarınadək 10 000, 21 iyundan isə qeyri-məhdud sayda azarkeş gələ bilər;

Qlazqo (Şotlandiya)

"Hempden Park" (Tutumu: 51 000 tamaşaçı) - 12 000 (25 faiz) azarkeş gələ bilər;

Dublin (İrlandiya)

"Aviva Arena" (Tutumu: 51 700 tamaşaçı) - Minimal sayda azarkeşə təminat verə bilmir. Bu səbəbdən, təşkilatçılıq hüququndan məhrum ediləcəyi gözlənilir;

Amsterdam (Nideland)

"Yohan Kroyf Arena" (Tutumu: 54 000 tamaşaçı) - ən azı 12 000 tamaşaçı gələ bilər;

Kopenhagen (Danimarka)

"Parken" stadionu (Tutumu: 38 000 tamaşaçı) - 11 000 - 12 000 tamaşaçı gələ bilər;

Sankt Peterburq (Rusiya)

"Sankt Peterburq Arena" (Tutumu: 68 000 tamaşaçı) - 50 faiz tamaşaçıya təminat verib;

Bilbao (İspaniya)

"San Mames" stadionu (Tutumu: 53 000 tamaşaçı) - Yoluxma enəcəyi halda, 13 000 tamaşaçı gələ bilər;

Buxarest (Rumıniya)

Milli Stadion (Tutumu: 55 600 tamaşaçı) - 13 000 tamaşaçı gələ bilər;

Münhen (Almaniya)

"Alyans Arena" (Tutumu: 75 000 tamaşaçı) - Almaniya Futbol İttifaqı yerli orqanlardan azarkeşlərin stadionlara gəlişinə şərait yaratmalarını xahiş edib;

Roma (İtaliya)

Olimpiya Stadionu (Tutumu: 72 000 tamaşaçı) - İtaliya hökuməti azarkeşlər üçün ən yaxşısını edəcəyinə söz verib. Bəzi məlumatlarda 20 000-dək tamaşaçıya şərait yaradılacağı bildirilir;

Budapeşt (Macarıstan)

"Ferents Puşkas" stadionu (Tutumu: 67 200 tamaşaçı) - Hələ rəsmən açıqlamayıb;

Bakı (Azərbaycan)

Bakı Olimpiya Stadionu (Tutumu: 68 700 tamaşaçı) - Hələ rəsmən açıqlanmayıb.

Qeyd edək ki, 2020-ci ildən təxirə salınmış Avropa çempionatı bu il 11 iyun - 11 iyulda keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi