"Atletiko" idman direktoru ilə yolları ayırıb
Futbol
- 06 yanvar, 2025
- 08:25
İspaniyanın "Atletiko" klubu italiyalı idman direktoru Andrea Berta ilə yolları ayırıb.
"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. A.Berta 2013-cü ildə "Cenoa"dan "Atletiko"ya keçib. Əvvəlcə Madrid təmsilçisinin beynəlxalq skautinq şöbəsində çalışan sabiq klub rəsmisi 2017-ci ildən idman direktoru vəzifəsini icra edirdi.
Qeyd edək ki, A.Bertanın işlədiyi müddətdə "Atletiko" 2013-cü ildə İspaniya Kubokunun, 2013/2014 və 2020/2021 mövsümlərində iki dəfə La Liqanın qalibi olub. Komanda 2014-cü ildə İspaniya Superkubokunu, 2017/2018 mövsümündə UEFA Avropa Liqasını və 2018-ci ildə UEFA Superkubokunu qazanıb.
Son xəbərlər
05:19
Sorğu: Yaponiyada hakim koalisiya parlamentdə 465 yerdən 300-nü əldə edəcək
Digər ölkələr04:50
"Kommersant": Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə 1,5 dəfə artıb
Region04:14
Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrinə görə hakim partiyadan ayrılıb
Digər ölkələr03:46
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan ölüb
Digər ölkələr03:11
Azərbaycanla Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət02:49
NATO ölkələrinin HDQ-si Norveç sahillərində təlimlərə başlayır
Digər ölkələr02:07
Tramp: Venesuela ABŞ-nin 53-cü ştatı ola bilər
Digər ölkələr01:44
Antalyada baş verən avtobus qəzasında ölənlərin sayı 10-a çatıb
Region01:03