“Atletiko” “Barselona”nın hücumçusunu transfer edib
Futbol
- 19 yanvar, 2023
- 08:00
İspaniyanın “Atletiko” klubu ölkənin digər təmsilçisi “Barselona”nın futbolçusu Memfis Depayı transfer edib.
“Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.
O bildirib ki, Niderland millisinin üzvü keçidi tamamlamaq üçün şəxsi təyyarəsi ilə Madridə yollanıb. Bu gün tibbi müayinədən keçəcək 29 yaşlı oyunçu ardından “Atletiko” ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Barselona” bu keçiddən təxminən 3-4 milyon avroluq gəlir əldə edəcək.
Qeyd edək ki, Memfis Depay bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 4 oyunda 1 qol vurub.
Son xəbərlər
13:55
SOCAR, ADSEA və "Esyasoft Holding" arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib - YENİLƏNİB
Biznes13:51
Foto
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
Fərdi13:47
Foto
AIIF 2026-da Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub
Biznes13:45
Tamerlan Tağıyev: "Türk şirkətləri Azərbaycan vasitəsilə geniş bazarlara çıxış əldə edə bilər" - EKSKLÜZİV
Biznes13:43
Orxan Zeynalov: "Qırmızı dənizin bağlanması Mərkəzi Dəhlizin əhəmiyyətini artırıb"
Energetika13:43
Valeh Ələsgərov: "Ələt Azad İqtisadi Zonasının unikal qanunvericilik bazası var"
Biznes13:40
Orxan Zeynalov: "Regionlar arasındakı vaxt fərqi Azərbaycanın bərpa olunan enerji potensialını artırır"
Energetika13:40
Emi Karlon: ABŞ Cənubi Qafqaz regionuna və Transxəzər ticarət dəhlizinə diqqətini artırır
Xarici siyasət13:37