“Atalanta” “Roma”nın 19 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub
Futbol
- 13 may, 2025
- 01:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Atalanta” İtaliya A Seriyasının XXXVI turunda “Roma”nı 2:1 hesabı ilə üstələyərək paytaxt komandasının çempionatda 19 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
“Report” xəbər verir ki, qarşılaşma Berqamoda keçirilib.
Qaliblərin heyətində qolları Ademola Lukman (9) və İbrahim Sulemana (76) vurublar. Məğlub tərəfdə isə Brayan Kristante (32) fərqlənib.
“Roma” “Atalanta” ilə oyundan əvvəl İtaliya çempionatındakı son 19 görüşdə 14 qələbə qazanıb və 5 dəfə heç-heçə edib. Roma komandası çempionat matçında son dəfə ötən il dekabrın 15-də “Komo”ya uduzub - 0:2.
“Atalanta” 71 xalla turnir cədvəlində üçüncüdür. “Roma” isə 63 xalla 6-cı sırada qərarlaşıb.
Son xəbərlər
13:38
Azərbaycandakı bankların əməliyyat gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
13:29
Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Sağlamlıq
13:28
Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb
Digər ölkələr
13:22
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Sağlamlıq
13:20
Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
13:07
İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
Digər ölkələr
13:04
"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək
Futbol
13:03
ADY: Bakı–Tbilisi–Bakı qatarında sərnişin yerlərinin sayı 564-ə çatdırılır
İnfrastruktur
13:00
Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Digər ölkələr