“ASCO Arena”nın işıqlandırma sistemi ilə bağlı təmir işləri davam edir
Futbol
- 20 yanvar, 2024
- 08:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın işıqlandırma sistemi ilə bağlı təmir işləri davam edir.
Bu barədə "Report"a Bakı klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.
O bildirib ki, bir müddətdir yaranmış problemin həlli üçün arenada çalışmalar aparılır: “Transformatorun sıradan çıxmasından sonra təmir işləri davam edir. Bu prosesin konkret hansı tarixdə yekunlaşacağı hələ bəlli deyil”.
Qeyd edək ki, işıqlandırma sistemindəki problem səbəbindən “Səbail” Premyer Liqanın son iki ev oyununu (XIV tur - “Kəpəz” 0:0, XVII tur - “Qəbələ” 3:0) və Azərbaycan Kubokunun 1/8 final mərhələsinin (“Şamaxı” 4:0) matçını günorta saatlarında keçirib.
Son xəbərlər
13:51
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Ekologiya
13:40
Rusiya ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları noyabrın 4-dən sonra bərpa etməyə hazırdır
Digər ölkələr
13:34
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
Komanda
13:26
Türkiyədə ağır yol qəzasında 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Region
13:19
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb
Futbol
12:55
Yaponiya ordu yaratmaqla bağlı Konstitusiyanı dəyişməyi müzakirə edir
Digər ölkələr
12:45
İran XİN rəhbəri: Regionda xarici qüvvələrin mövcudluğu sıfıra endirilməlidir
Region
12:26
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya
12:07
Fransa Polineziyasının nümayəndəsi: "Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir"
Komanda