"Arsenal" İspaniya yığmasının üzvünü transfer etmək istəyir

"Arsenal" İspaniya yığmasının üzvünü transfer etmək istəyir İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real Sosyedad"dan Mikel Merinonu transfer etmək istəyir.
Futbol
15 Avqust , 2024 17:48
Arsenal İspaniya yığmasının üzvünü transfer etmək istəyir

İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real Sosyedad"dan Mikel Merinonu transfer etmək istəyir.

"Report" "BBC Sport"a istinadən xəbər verir ki, klublar İspaniya yığmasının üzvünün keçidi ilə bağlı danışıqlara başlayıb.

28 yaşlı futbolçunun İspaniya təmsilçisi ilə müqavilə müddətinin bitməsinə bir ildən az vaxt qalıb. Bu da o anlama gəlir ki, anlaşma yenilənməsə, futbolçu 2025-ci ilin yanvarından etibarən digər klublardan gələn təklifləri dəyərləndirə biləcək.

Qeyd edək ki, M.Merino ötən mövsüm "Real Sosyedad"ın heyətində ümumilikdə 45 oyunda meydana çıxıb və 8 qolla yadda qalıb.

Son xəbərlər

Orphus sistemi