"Arsenal"ın vingeri Tyerri Anrinin rekordunu qırıb
Futbol
- 28 oktyabr, 2024
- 06:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Arsenal" klubunun hücumçusu Bukayo Saka Tyerri Anrinin rekordunu qırıb.
"Report" xəbər verir ki, 23 yaşlı vinger bunu ölkə çempionatının IX turunda "Liverpul"la oyunda (2:2) reallaşdırıb.
Qarşılaşmanın 9-cu dəqiqəsində fərqlənən Saka "Arsenal"ın Premyer Liqada 50 qol vuran ən gənc futbolçusu ünvanına yiyələnib. Matç zamanı o, 23 yaş 52 günündə olub.
B.Saka bu göstəriciyə 24 yaş 128 günündə çatan T.Anrini qabaqlayıb. Lakin hücumçuya bunu reallaşdırmaq üçün 178 oyun lazım olub. Sabiq futbolçu isə bunu cəmi 83 oyunda həyata keçirib.
Qeyd edək ki, daha əvvəl 50 qol həddinə ən tez çatan (79 oyun) "Arsenal"ın sabiq qabonlu hücumçusu Pyer-Emerik Obameyanq olub.
Son xəbərlər
02:57
Harri Keyn 2006-cı ilin "Qızıl top" yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
02:02
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region
00:32
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Futbol
00:21
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
Energetika
00:00
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
Daxili siyasət