"Arsenal"ın futbolçusu Fransa yığmasındakı karyerasını başa vurub

"Arsenal"ın futbolçusu Fransa yığmasındakı karyerasını başa vurub "Hər zaman millini dəstəkləyəcəyəm"
Futbol
15 Oktyabr , 2018 10:14
Arsenalın futbolçusu Fransa yığmasındakı karyerasını başa vurub
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İngiltərənin “Arsenal” klubunun futbolçusu Loran Koselni Fransa yığmasındakı karyerasını başa vurub.

“Report” xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi bu barədə “Canal+”a müsahibəsində açıqlama verib.

“Fransa millisinə bacardığım hər şeyi verdiyimi düşünürəm. Hazırda komandada çox gözəl yeni nəsil var. Mənim üçün isə yığma karyerası başa çatdı. Hər zaman millini dəstəkləyəcəyəm. Çünki ölkəmizi təmsil edir. Lakin daha komandada çıxış etməyəcəyəm”,- Koselni bildirib.

Zədə səbəbindən DÇ-2018-ə yollana bilməyən Koselni 2011-ci ildən bəri Fransa millisinin heyətində 51 oyun keçirib və 1 qol vurub. O, 2010-cu ildən “Arsenal”ın formasını geyinir.

Qeyd edək ki, E qrupunda yer alan “Qarabağ” II turda evdə “Arsenal”a 0:3 hesabı ilə uduzub. Təcrübəli müdafiəçi zədə səbəbindən bu oyunu buraxıb. Bu komandalar arasında növbəti matç dekabrın 14-də Londonda olacaq.

Son xəbərlər

Orphus sistemi