"Arsenal" 55 il əvvəlki rekordunu təkrarlayıb
Futbol
- 06 may, 2026
- 10:03
İngiltərənin "Arsenal" klubu 55 il əvvəlki rekordunu təkrarlayıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, "topçular" buna UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya təmsilçisi "Atletiko"nu məğlub etməklə (1:0) nail olub.
Paytaxt komandası cari mövsümdə 41-ci qalibiyyətini əldə edib. Bu, XXI əsrdə londonlular üçün ən yaxşı nəticədir və bundan əlavə, klub rekordunun təkrarlanması deməkdir. "Arsenal" 1970/1971 mövsümündə də 41 qələbəyə çatıb. "Topçular" həmin vaxt FA Kubokunu qazanmışdı.
Xatırladaq ki, ilk qarşılaşmada "Atletiko" ilə heç-heçə (1:1) edən kollektiv qitənin bir nömrəli klub turnirində finala vəsiqə qazanıb. "Arsenal" hazırda İngiltərə Premyer Liqasında 76 xalla liderdir.
Son xəbərlər
01:39
Belçika 2029-cu ilə qədər Ukraynaya 53 ədəd F-16 qırıcılarının çatdırılmasını söz verib
Digər ölkələr01:18
Tokayev Putinin mayın sonunda Qazaxıstan səfərinə hazırlığını açıqlayıb
Digər ölkələr00:53
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
Digər ölkələr00:28
İran ABŞ-ni dəniz blokadasına hərbi cavabla hədələyib
Region00:00
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Daxili siyasət23:55
Qazaxıstanda TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi zirvə görüşü keçiriləcək
Region23:41
Tramp: Meksikanı narkokartellər idarə edir
Digər ölkələr23:38
Zelenski mayın 9-da Qırmızı Meydana qarşı silahdan istifadə olunmamasını əmr edib - YENİLƏNİB
Digər ölkələr23:21
Foto