Arsen Venger FIFA-nın yeni ideyasını De Byazi ilə müzakirə edəcək

Arsen Venger FIFA-nın yeni ideyasını De Byazi ilə müzakirə edəcək FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger dünya çempionatının iki ildən bir keçirilmə ideyasını müzakirə etməyi planlaşdırır.
Futbol
18 Oktyabr , 2021 18:16
Arsen Venger FIFA-nın yeni ideyasını De Byazi ilə müzakirə edəcək

FIFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger dünya çempionatının iki ildən bir keçirilmə ideyasını müzakirə etməyi planlaşdırır.

"Report"un "The Guardian" nəşrinə istinadən məlumatına görə, 71 yaşlı mütəxəssis bu məqsədlə bütün ölkələrin milli komandaları ilə onlayn konfrans təşkil edəcək. Venger 2024-cü ildən həyata keçirmək istədiyi ideya ilə əlaqədar təqvimdə islahatları da müzakirəyə çıxaracaq.

Dünya çempionatının 2 ildən bir təşkilini Səudiyyə Ərəbistanı Futbol Federasiyası yayda təklif edib. Onu 166 milli assosiasiya dəstəkləyib, 22-si isə əleyhinə olub.

1930-cu ildən keçirilməyə başlayan mundial II Dünya müharibəsi ilə əlaqədar, 1942 və 1946-cı illərdə istisna olmaqla, hər 4 ildən bir təşkil olunub. Qarşıdakı dünya çempionatları Qətərdə (2022), Kanada, Meksika, ABŞ-da (2026) olacaq.

Son xəbərlər

Orphus sistemi