Arne Slotun “Liverpul”u “Real Betis”i məğlub edib

Arne Slotun “Liverpul”u “Real Betis”i məğlub edib İngiltərənin “Liverpul”u niderlandlı baş məşqçi Arne Slotun rəhbərliyi altında ilk çıxdığı matçda İspaniyanın “Real Betis”ini minimal hesabla məğlub edib.
Futbol
27 İyul , 2024 05:59
Arne Slotun “Liverpul”u “Real Betis”i məğlub edib

İngiltərənin “Liverpul”u niderlandlı baş məşqçi Arne Slotun rəhbərliyi altında ilk çıxdığı matçda İspaniyanın “Real Betis”ini minimal hesabla məğlub edib.

“Report” xəbər verir ki, Qərbi Avropa təmsilçiləri arasında oyun ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərindəki “Ekrisür Stedium”da baş tutub.

Oyunda yeganə qolu misirli hücumçu Məhəmməd Salahın dəqiq ötürməsindən sonra 34-cü dəqiqədə macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai vurub. Hər iki komandanın eksperimental heyətlə çıxdığı qarşılaşma əsasən “Liverpul”un üstünlüyü ilə keçsə də, Manuel Pelleqrininin yetirmələri matçın sonlarına doğru “qırmızılar”ın aparıcı oyunçularının əvəzlənməsi fonunda təzyiqi artırıblar, lakin bu, hesaba təsir etməyib.

Beləliklə, “Liverpul” Yürgen Klopp erasından sonra – Arne Slotun rəhbərliyi altında çıxdığı ilk qarşılaşmadan qalib ayrılıb. Hələ bir neçə gün öncə niderlandlı mütəxəssisin yetirmələri minimal hesabla yenildiyi “Preston”a qarşı yoldaşlıq görüşündə oynasa da, matç məşq bazasında baş tutub və azarkeşlərlə televiziyaya qapalı keçirilib.

Qeyd edək ki, Mersisayd təmsilçisi Bakı vaxtı ilə avqustun 1-də 03:30-da baş tutacaq növbəti yoldaşlıq görüşündə ötən mövsümün ikincisi “Arsenal”la ilə üz-üzə gələcək.

Xatırladaq ki, İngiltərə Premyer Liqası avqustun 16-da start götürür.

Son xəbərlər

Orphus sistemi