“Araz-Naxçıvan”ın yeni baş məşqçisi: “Çempionlar Liqasında ən güclü 16 iştirakçı arasına düşməyə çalışacağıq”

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi: “Çempionlar Liqasında ən güclü 16 iştirakçı arasına düşməyə çalışacağıq” “Çempionlar Liqasında ən güclü 16 iştirakçı arasına düşməyə çalışacağıq”.
Futbol
5 İyun , 2023 11:15
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi: “Çempionlar Liqasında ən güclü 16 iştirakçı arasına düşməyə çalışacağıq”

“Çempionlar Liqasında ən güclü 16 iştirakçı arasına düşməyə çalışacağıq”.

“Report” xəbər verir ki, bunu “Araz-Naxçıvan” futzal klubunun yeni baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

41 yaşlı mütəxəssis rəhbərliyin tələblərini və qarşıya qoyulan hədəfləri açıqlayıb: “Təklif gözlənilməz oldu. Rəhbərlik dəvət etdi, danışdıq, istəkləri ilə tanış oldum. “Araz-Naxçıvan” futzalımızın “flaqman”ıdır. İllərlə bu komandanın heyətində çıxış etmişəm, ən yüksək əyyarlı medallarımı da burada qazanmışam. Ona görə də, iddialı komanda olduqlarını, hər zaman daha yüksək yer tutmaq, mükafat qazanmaq üçün mübarizə apardıqlarını bilirəm. Elə söhbət zamanı da məndən nə istədiklərini təxmini bilirdim. Əlbəttə, ilk tələb yeni mövsümü zirvədə başa vurmaq, eləcə də, UEFA Çempionlar Liqasında əvvəlki iddialı “Araz-Naxçıvan”ı geri qaytarmaqdır”.

Gənc mütəxəssis hazırlığa iyulda başlayacaqlarını söyləyib. O, heyətdə hansı dəyişikliklərin olacağına həmin ərəfədə aydınlıq gətiriləcəyini bildirib: “İyulun 15-də Bakıda hazırlıq prosesinə başlayacağıq, təlim-məşq toplanışını da burada keçirəcəyik. Heyətimizə əl gəzdirəcəyik. Amma kimin qalacağına, kimlərlə güclənəcəyimizə yaxın günlərdə aydınlıq gətiriləcək. Məşqçilər və rəhbərliklə bunu müzakirə edəcəyik. Məqsədimizə uyğun komanda formalaşdıracağıq. Çünki tapşırıq aydındır - “Araz-Naxçıvan”ın beynəlxalq arendakı əvvəlki nüfuzunu geri qaytarmaq”.

Vitali Borisov məşqçilərlə bağlı qərarına da aydınlıq gətirib: “Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviçi yaxından tanıyıram. Raiçlə hələ 2008-ci ildə Rusiya “Dina”sında bir yer yerdə oynamışıq. 2014-2015-ci illərdə “Fənər”də, 2015-2017-ci illərdə Serbiya “Ekonomaç”ında çıxış edən zaman baş məşqçim olub. O, bir müddət EKOL-un da baş məşqçisi olub. Kifayət qədər təcrübəli məşqçidir, eyni zamanda, Azərbaycan futzalına və futzalçılarına yaxından bələddir. Yerli oyunçular da onu yaxşı tanıyır və hörmətlə yanaşırlar. Raiç UEFA tərəfindən futzal üzrə keçirilən məşqçi kurslarına da qatılıb və kateqoriyası var. Bütün bu sadaladıqlarım qərarıma təsir edən amillərdir. İnanıram ki, güclü və nizam-intizamlı, eyni zamanda, mehriban kollektiv formalaşdıracağıq. Bunlar olan yerdə nəticə də qazanılacaq”.

Qeyd edək ki, Vitali Borisov “Araz-Naxçıvan”la 1 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi