“Araz-Naxçıvan”ın legioneri: “Həmişə qol vurmağa can atıram”

“Araz-Naxçıvan”ın legioneri: “Həmişə qol vurmağa can atıram” “Həmişə qol vurmağa can atıram”.
Futbol
5 Dekabr , 2023 13:04
“Araz-Naxçıvan”ın legioneri: “Həmişə qol vurmağa can atıram”

“Həmişə qol vurmağa can atıram”.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın qanalı futbolçusu Mohammed Kadiri deyib.

Premyer Liqanın XV turunda, “Səbail”lə görüşdə fərqlənən 27 yaşlı yarımmüdafiəçi vurduğu qolun baxımlı alındığını düşünür: “Qol vurduğum epizodda driblinq edərək topu qapıdan keçirməyim gücümün göstəricisi idi. Fərqlənməyim üçün kiçik şansımın yaranması kifayətdir. Fikrimcə, “Səbail”lə qarşılaşmada vurduğum top ayın qolu seçilə bilər”.

O, “Səbail”lə heç-heçə (1:1) etmələrini ələ düşən şansları qaçırmaqla əlaqələndirib: “Baş məşqçi həmişə bizə məşqlərdə hücum futbolu oynamaq barədə tapşırıqlar verir. “Səbail”lə oyuna da onun dediyi kimi başladıq və erkən qol vurduq. Hesab arasındakı fərqi artırmaq üçün çox sayda şanslarımız oldu. Ancaq onları dəyərləndirə bilmədik. Sonda ani diqqətsizlik xal itirməyimizə səbəb oldu. Düşünürəm ki, qələbə qazanmaq üçün bəxtimiz gətirmədi. “Səbail”lə birinci dövrədəki matçda da belə halla üzləşmişdik. Qol vurmaq imkanlarımız olsa da, bəxtsizlik yaşamışdıq”.

Mohammed Kadiri baş məşqçi Azər Bağırovun hücum xəttindəki oyunçuların “dişsizliy”indən şikayətlənməsinə də münasibət bildirib: “Səhvlərimiz üzərində işləməli və çatışmazlıqları aradan qaldırmalıyıq. Baş məşqçi hücum xəttindən gileylənməkdə haqlıdır. Bu qədər hücumun qarşılığında daha çox qol vurmalıyıq”.

Qeyd edək ki, yay fasiləsində “Araz-Naxçıvan”la anlaşan Mohammed Kadiri cari mövsüm Premyer Liqada keçirdiyi 12 oyunda 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi