"Ararat"ın qapıçısı İrəvanda güllələnərək qətlə yetirilib

Futbol
  • 16 aprel, 2019
  • 13:09
Araratın qapıçısı İrəvanda güllələnərək qətlə yetirilib

Ermənistanın “Ararat” komandasının futbolçusu Muşeq Gevondyan paytaxt İrəvanda atışma zamanı qətlə yetirilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə Kanaker-Zeytun rayonunda baş verib.

Atışma zamanı güllə yarası alan 3 nəfər xəstəxanaya yerləşdirilib. Lakin onlardan biri – “Ararat”ın ikinci komandasında çıxış edən Gevondyan dünyasını dəyişib.

Klub 23 yaşlı qapıçının ölümü ilə əlaqədar başsağlığı verib.