"Qarabağ"la oyun APOEL üçün ağır dövrə düşəcək

"Qarabağ"la oyun APOEL üçün ağır dövrə düşəcək Qarabağla keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçı Kipr APOEL-i üçün ağır dövrə təsadüf edəcək.
Futbol
31 Oktyabr , 2019 09:54
Qarabağla oyun APOEL üçün ağır dövrə düşəcək

"Qarabağ"la keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçı Kipr APOEL-i üçün ağır dövrə təsadüf edəcək.

"Report"un məlumatına görə, Nikosiya təmsilçisi qarşıdakı 10 gün ərzində 3 önəmli matça çıxacaq. Tomas Dollun baş məşqçi olduğu kollektiv noyabrın 2-də Kipr çempionatının VIII turunda AEK (Larnaka) komandasını qəbul edəcək. Bundan 5 gün sonra öz meydanında "Qarabağ"la üz-üzə gələcək "sarı-göylər" noyabrın 10-da "Apollon"un qonağı olacaq.

Hazırda APOEL 4 oyundan 12 xalla 2-ci pillədə qərarlaşıb. 14 xalla birinci yerdə gedən "Anortosis" 6 matç keçirib. AEL 7 oyundan 11 xalla 4-cü, "Apollon" 7 xalla 9-cudur.

Qeyd edək ki, Avropa Liqasında 3 turdan sonra "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla 4-cü pillədə qərarlaşıb. Qrupa 9 xalla İspaniya "Sevilya"sı başçılıq edir. 3-cü pillədə gedən Lüksemburq "Düdelanj"ının 3 xalı var.

Son xəbərlər

Orphus sistemi