APOEL-in daha bir futbolçusu "Qarabağ"la oyun ərəfəsində intizamsızlığa görə cəzalanıb

APOEL-in daha bir futbolçusu "Qarabağ"la oyun ərəfəsində intizamsızlığa görə cəzalanıb Noyabrın 7-də UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL komandasında daha bir futbolçu intizamsızlığa görə cəzalanıb.
Futbol
28 Oktyabr , 2019 10:39
APOEL-in daha bir futbolçusu Qarabağla oyun ərəfəsində intizamsızlığa görə cəzalanıb

Noyabrın 7-də UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq Kiprin APOEL komandasında daha bir futbolçu intizamsızlığa görə cəzalanıb.

“Report” “Kerkida” portalına istinadən xəbər verir ki, bu dəfə Juanzinyo baş məşqçi Tomas Dollun qəzəbinə tuş gəlib. O, texniki heyətlə problem yaşadığı üçün cəzalanıb. Portuqaliyalı oyunçu Kipr çempionatında VII turun “Nea Salamina” ilə bu gün baş tutacaq səfər matçına aparılmayıb. Həmçinin zədəlilər - Roman Bezyak, Antonio Yakoliş və Tomas de Vinsenti heyətdə yer almayıblar.

30 yaşlı Joanzinyo “Qarabağ”la Bakıdakı görüşdə zədələnən kapitan Nikolas Yannunu sol cinah oyunçusu mövqeyində əvəzləməli idi. 

Daha əvvəl Andre Vidiqal “Qarabağ”la III tur oyunu ərəfəsində yol verdiyi intizamsızlığa görə cəzalanıb. Həmçinin Musa Əl-Tamari Bakıda matçöncəsi məşqdə start heyətində yer almayacağını biləndən sonra baş məşqçiyə sərt etiraz edib. Ertəsi gün 22 yaşlı iordaniyalı hücumçu komandanın səhər toplantısına qatılmayıb. Bundan hiddətlənən Doll Əl-Tamarini heyətdən kənarlaşdırıb. Bu futbolçu da “Nea Salamina” ilə görüşə aparılıb.

Qeyd edək ki, oktyabrın 24-də keçirilmiş "Qarabağ" - APOEL matçında qalib müəyyənləşməyib - 2:2. A qrupunda 3 turdan sonra İspaniya “Sevilya”sı 9 xalla liderdir. “Qarabağ” 4 xalla 2-ci, Lüksemburq “Düdelanj”ı 3 xalla 3-cü sıradadır. APOEL isə 1 xalla sonuncudur.

Son xəbərlər

Orphus sistemi