​Antonio Konte "Çelsi" klubu ilə müqavilə imzalayıb

​Antonio Konte "Çelsi" klubu ilə müqavilə imzalayıb Müqavilənin müddəti 3 ildir
Futbol
4 Aprel , 2016 15:25
​Antonio Konte Çelsi klubu ilə müqavilə imzalayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte İngiltərənin "Çelsi" klubu ilə müqavilə imzalayıb. "Report"un London klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, anlaşma 3 illik nəzərdə tutulub.

46 yaşlı mütəxəssis yeni mövsümdən komandanın başında olacaq. A.Konte buna qədər İtaliya yığması ilə Fransada keçiriləcək AVRO-2016-da çıxış edəcək.

"The Sun"ın iddiasına görə, baş məşqçi yeni komandasında ildə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, A.Konte baş məşqçi karyerası ərzində İtaliyanın "Bari", "Atalanta", "Siena" və "Yuventus" klublarında da çalışıb. Ötən ilin dekabrında uğursuz nəticələr səbəbindən Joze Mourinyo ilə yollarını ayıran "Çelsi"yə hazırda Qus Hiddink başçılıq edir.

Son xəbərlər

Orphus sistemi