Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel "Bavariya" futbol klubunun yarımmüdafiəçisi Yozua Kimmixin koronavirusa qarşı peyvənddən imtina qərarı barədə danışıb.
Bu barədə “Reportr”
“Kimmixin qərarını əsaslandırmasının motivləri maraqlıdır. Onun suallarına və şübhələrinə cavab vermək üçün çox yaxşı faktiki və ictimaiyyətə açıq arqumentlər var. Ola bilsin, Kimmix bu barədə bir az da fikirləşsin. O, çox düşünən futbolçu kimi tanınır”, - deyə Merkel bildirib.
Qeyd edək ki, Kimmix Almaniya çempionatının cari mövsümündə 10 matç keçirərək 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Alman idmançı “Bavariya”nın COVID-19-a qarşı peyvənd olunmayan beş futbolçusundan biridir. Futbolçu vaksinin uzunmüddətli təsirindən şübhələndiyi üçün hələ də peyvənd olunmadığını bildirib. O, eyni zamanda qeyd edib ki, virusu inkar etmir və peyvəndin əleyhinə deyil.