Almaniya millisində yerli və əcnəbi mənşəli futbolçular arasında qarşıdurma olub

Almaniya millisində yerli və əcnəbi mənşəli futbolçular arasında qarşıdurma olub Bakı. 27 avqust. REPORT.AZ/ Futbol üzrə Almaniya milli komandasının 2018-ci il dünya çempionatındakı uğursuz çıxışının əsas səbəblərindən biri komanda daxilində qarşıdurmanın yaranması olub.
Futbol
27 Avqust , 2018 16:04
Almaniya millisində yerli və əcnəbi mənşəli futbolçular arasında qarşıdurma olub
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Futbol üzrə Almaniya milli komandasının 2018-ci il dünya çempionatındakı uğursuz çıxışının əsas səbəblərindən biri komanda daxilində qarşıdurmanın yaranması olub.

“Report” “Spiegel”ə istinadən xəbər verir ki, mundial ərəfəsində komanda iki düşərgəyə parçalanıb. Birincisində Jerom Boatenq, Mesut Özil və İlkay Gündoğan kimi xarici mənşəli futbolçular yer alıb. Əks qütbdə isə Almaniyanın köklü sakinləri – Tomas Müller, Mats Hümmels və digərləri qərarlaşıb.

Birinci qrupdakılar digərlərini “kartof” adlandırıblar. Adətən, bu ləqəbi türklər almanlara qarşı işlədir. Qarşı tərəf isə əcnəbi kökənlilərə “kanake” deyiblər.

Müllerin əks düşərgədə yer alan komanda yoldaşlarının davranışlarını parodiya etdiyi və yaşayış tərzlərini ələ saldığı bildirilir.

Bununla yanaşı, hər iki düşərgədəkilər baş məşqçi Yoahim Lövün hərəkətlərindən narazı olublar. “Əcnəbilər” Seneqal əsilli Leroy Sanenin, “yerlilər” isə Sandro Vaqnerin mundiala aparılmamasına etiraz ediblər.

Qeyd edək ki, Almaniya millisi Rusiyada keçirilən dünya çempionatında tarixində ilk dəfə qrupda qalıb.

Son xəbərlər

Orphus sistemi