Almaniya Bundesliqasında oyunu ilk dəfə qadın idarə edib

Almaniya Bundesliqasında oyunu ilk dəfə qadın idarə edib Bibiana Ştaynhaus "Herta" - "Verder" matçında baş hakim olub
Futbol
11 Sentyabr , 2017 00:24
Almaniya Bundesliqasında oyunu ilk dəfə qadın idarə edib
ANSA/EPA

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bibiana Ştaynhaus futbol üzrə Almaniya çempionatının ali divizionu çərçivəsində matçı baş hakim kimi idarə edən ilk qadın olub.

"Report" TASS-a istinadən xəbər verir ki, 38 yaşlı Ştaynhaus III turun "Herta" - "Verder" oyununu (1:1) idarə edib.

Hakim matçın 36-cı dəqiqəsində ev sahiblərinin futbolçusu Pyer Şelbredə sarı vərəqə göstərib.

Son xəbərlər

Orphus sistemi