Agenti Poqbanın "Mançester Yunayted"i tərk edəcəyini açıqladı

Agenti Poqbanın "Mançester Yunayted"i tərk edəcəyini açıqladı İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba komandadan ayrılacaq.
Futbol
7 Dekabr , 2020 20:29
Agenti Poqbanın Mançester Yunaytedi tərk edəcəyini açıqladı
Pol Poqba

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba komandadan ayrılacaq.

"Report"un məlumatına görə, bunu fransalı yarımmüdafiəçinin agenti Mino Rayola "Tuttosport" nəşrinə müsahibəsində deyib.

O, 27 yaşlı oyunçunun Mançester təmsilçisindəki hekayəsinin başa çatdığını bildirib. Amma Rayola Poqbanın komandanı tərk edəcəyi dəqiq tarixi açıqlamayıb. İngiltərə mətbuatının iddiasına görə, bu, qış fasiləsində və ya cari mövsümün sonunda baş verə bilər.

Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə 2022-ci ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi