Aftandil Hacıyev: "Qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoymamışıq"

Aftandil Hacıyev: "Qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoymamışıq" Bakı. 4 noyabr. REPORT.AZ/ Gərgin oyun oldu. İki oyundur azlıqda mübarizə aparmalı oluruq. Əlbəttə, bu cür oyunlarda xal almağı müsbət dəyərləndirməliyəm. Ancaq etiraf edim ki, Zirə” bizdən üstün oynadı. Ağabala Ramazanov və Yevgeni Koçukun olmaması özünü göstərdi. Bir qədər ehtiyatlı oynamaq istədik. Uşaqlardan razıyam. Ədalətli nəticə qeydə alındı.
Futbol
4 Noyabr , 2018 21:40
Aftandil Hacıyev: Qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoymamışıq

Bakı. 4 noyabr. REPORT.AZ/ "Gərgin oyun oldu. İki oyundur azlıqda mübarizə aparmalı oluruq. Əlbəttə, bu cür oyunlarda xal almağı müsbət dəyərləndirməliyəm. Ancaq etiraf edim ki, "Zirə” bizdən üstün oynadı. Ağabala Ramazanov və Yevgeni Koçukun olmaması özünü göstərdi. Bir qədər ehtiyatlı oynamaq istədik. Uşaqlardan razıyam. Ədalətli nəticə qeydə alındı".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Ramazanovun zədəsi ciddidirmi?

- Risk etmək istəmədik. Elə də ciddi deyil. İnanıram ki, tezliklə komandaya qoşulacaq.

- Ruslan Qurbanov da zədələndi...

- İqor Korotetskinin zədəsi daha ciddidir. Qurbanovda isə ciddi zədə yoxdur.

- Oyunçunuz ardıcıl 2-ci dəfədir qırmızı vərəqə alır.

- Deməzdim ki, bu, intizamsızlıqdan xəbər verir. Sadəcə, bir qədər ehtiyatlı davranmaq lazım idi. Ötən oyunda isə ilk sarı vərəqə yox idi. Şəhriyar isə diqqətli davranmalı idi.

- Komanda 10 tura 6 qola imza atıb və 3-cü pillədə qərarlaşıb.

- Demək olar hər oyunda yetərincə qol epizodlarımız olur. Bəzən əks-hücumlarda, bəzən mövqe hücumlarında. Elə rəqiblər olur ki, birinci nömrəylə oynamırıq.

- Bugünkü oyunla "Səbail” 3-cü pillədə duruş gətirə biləcəkmi?

- Biz qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoymamışıq. Əlbəttə, bizə çox çətin olacaq. Demirik ki, tutduğumuz mövqeyi qoruya biləcəyik. Lakin bunun üçün çalışacağıq.

- Başqa sözlə, komandanızın 1 xal qazanmasıyla razılaşırsınız?

- Bəli, bu gün 1 xalı qazandıq.

Son xəbərlər

Orphus sistemi