Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur

Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur.
Futbol
27 Aprel , 2024 12:27
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur

Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İspaniyanın “Real” (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Gülərin gələcək taleyi ilə bağlı danışarkən deyib.

La Liqanın XXXIII turu çərçivəsində səfərdə “Real Sosyedad”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandıran “Kral klubu”nun çalışdırıcısı 19 yaşlı futbolçunun onlar üçün vacib olduğunu söyləyib: “Arda bizim üçün önəmlidir və yeni mövsümdən etibarən klubumuzun sıralarında yer alacaq. Zədəsini sağaltdıqdan sonra məşqlərə gec qoşuldu. Bu səbəbdən matçlara çıxması bir az zaman aldı. O, çox gəncdir və komandaya uyğunlaşmağa başlayıb. “Real Sosyedad”a vurduğu qol onun hədiyyəsi idi”.

Qeyd edək ki, “Real Soyedad” - “Real” (0:1) matçında yeganə qola Arda Gülər imza atıb. Gənc futbolçu ümumilikdə cari mövsüm 8 qarşılaşmada meydana çıxıb və 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi