"Səbail"in baş məşqçisi: "Bizim üçün vacib olan 3 xal idi"

"Səbail"in baş məşqçisi: "Bizim üçün vacib olan 3 xal idi" Bakı. 28 oktyabr. REPORT.AZ/ Keşlənin Zirə ilə oyundan qalib ayrıldığını və bura yaxşı əhval-ruhiyyə ilə gəldiyini bilirdik. Buna baxmayaraq, biz öz oyunçularımızı təbrik etməliyik, çünki ilk 30 dəqiqəni bizim aktivimizə yazmaq olar. Ağabala Ramazanovun zədələnib çıxması planlarımızı pozdu. İkinci hissə başlayan kimi də Yevgeni Koçukun qırmızı vərəqə alması bizi tamamilə müdafiəyə çəkilməyə məcbur etdi. Amma yenə də səhvsiz oynamağa çalışdıq və əks-hücumlarda rəqibi cəzalandırmaq imkanımız oldu. Bizim üçün vacib olan 3 xal idi.
Futbol
28 Oktyabr , 2018 18:35
Səbailin baş məşqçisi: Bizim üçün vacib olan 3 xal idi

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Keşlə"nin "Zirə" ilə oyundan qalib ayrıldığını və bura yaxşı əhval-ruhiyyə ilə gəldiyini bilirdik. Buna baxmayaraq, biz öz oyunçularımızı təbrik etməliyik, çünki ilk 30 dəqiqəni bizim aktivimizə yazmaq olar. Ağabala Ramazanovun zədələnib çıxması planlarımızı pozdu. İkinci hissə başlayan kimi də Yevgeni Koçukun qırmızı vərəqə alması bizi tamamilə müdafiəyə çəkilməyə məcbur etdi. Amma yenə də səhvsiz oynamağa çalışdıq və əks-hücumlarda rəqibi cəzalandırmaq imkanımız oldu. Bizim üçün vacib olan 3 xal idi".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Keşlə"yə qalib gəldikləri Topaz Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

Nəyə görə oyun yox, qələbə daha vacib idi?

- Əsasən ona görə ki, "Qarabağ"la oyundan sonra rəqiblərin texniki məğlubiyyətləri hesabına qalib gəldiyimizi deyirdilər. Ona görə istəyirik ki, öz zəhmətimizlə xallar toplayaq. Turnir cədvəlində bizdən sonra olan rəqiblə aramızdaki 5 xallıq fərqi saxlamağa çalışırıq. Amma hər oyun gərgin keçir və rəqiblərin hamısı güclüdür. Bilirdik ki, çətin oyun olacaq.

İkinci hissədə Edqar Paçekonu meydana buraxmaq üçün yanınıza çağırdınız. Amma meydana o yox, Vüqar Bəybalayev çıxdı. Orada nə baş verdi?

- Bir çox oyunçuları dəyişə bilərdik. Həm də Emil Martinov yorulmuşdu və vəzizyyəti yaxşı olmadığı üçün onu dəyişmək istədik. Lakin sonradan firkrimizi dəyişdik. Fəhmin Muradbəyli də yorulduğu üçün onu dəyişdik. Bundan əlavə, Paçekonu meydana buraxmaq reqlamentə uyğun olmaya bilərdi, bunu dəqiq bilmirdik. Ona görə Vüqar Bəybalayevi braxdıq.

Yevgeni Koçukun meydandan qovulması barədə nə deyə bilərsiniz?

- Koçuka verilən hər iki vərəqə çox ağır qərar idi. O epizodda əli oyunçunun üzünə dəydi, amma düşünürəm ki, oyun epizodu idi. Təkrara baxandan sonra dəqiq fikir bildirmək olar.

Son xəbərlər

Orphus sistemi