Afrikanın 2016-cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib

Afrikanın 2016-cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib Mükafata "Lester"in futbolçusu sahib çıxıb
Futbol
6 Yanvar , 2017 09:33
Afrikanın 2016-cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib

Bakı. 6 yanvar. REPORT.AZ/ Afrikanın 2016-cı il üzrə ən yaxşı futbolçusu müəyyənləşib.

"Report"un məlumatına görə, bu, İngiltərənin "Lester" klubunda çıxış edən əlcəzairli Riyad Mahrezdir.

Afrika ölkələri yığmalarının baş məşqçiləri və federasiya rəsmiləri tərəfindən keçirilən səsvermədə Mahrez 361 səs toplayıb. Onun ən yaxın izləyicisi qabonlu Pyer-Emerik Obameyanqa isə 313 səs verilib. Mükafatlandırma mərasimi Nigeriyanın paytaxtı Abucada keçirilib.

Bu mükafatı ən çox - 4 dəfə kamerunlu Samuel Eto və Kot d`İvuardan olan Yaya Ture qazanıb.

Qeyd edək ki, Riyad Mahrez İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən də ötən mövsümün ən yaxşı futbolçusu seçilib.

Son xəbərlər

Orphus sistemi