Afrikalı hücumçu: "Azərbaycan futbolu haqqında geniş məlumatım yox idi"

Afrikalı hücumçu: "Azərbaycan futbolu haqqında geniş məlumatım yox idi" "Həyatda mümkünsüz heç nə yoxdur"
Futbol
362
16 Yanvar , 2021 12:38
Afrikalı hücumçu: Azərbaycan futbolu haqqında geniş məlumatım yox idi

"Sabah" klubunun Kot d İvuardandan olan yeni futbolçusu Tiemoko Fofananın "Report"a müsahibəsi

- "Sabah"a keçidinizi necə dəyərləndirirsiniz?

- Burada olmaqdan çox şadam. Komandada bu qədər isti qarşılanacağımı gözləmirdim. Bura mənim üçün yeni ölkə, yeni çağırışdır. “Sabah”da olduğum müddətdə mənə verilən şansdan maksimum yararlanmağa çalışacağam.

- Daha əvvəl Azərbaycan futbolu haqqında hər hansı məlumatınız var idi?

- O qədər də geniş məlumatım sahib deyildim. Təklif gələndən sonra ölkə və çempionatla bağlı internet vasitəsi ilə araşdırma apardım. Ancaq bu da tam fikir sahibi olmaq üçün kifayət deyil. Tam tanışlığım Azərbaycana gəldikdən sonra oldu. Ölkə ilə bağlı təəssüratlarım müsbətdir.

- Finlandiyanın "İlves" klubundan icarəyə götürülmüsünüz. "Sabah"da qalıcı olmağı düşünürsünüz?

- Mənim əsas məqsədim, burada olduğum müddətdə kluba faydalı olmaqdır. O ki qaldı burda qalıcı olub-olmayacağıma, hər şey özümü hansı səviyyədə göstərməyimdən asılıdır. Bu barədə yalnız icarə müddətinin sonunda dəqiq fikir söyləmək olar.

- Hücum xəttində oynayırsınız. Mövsümün qalan hissəsində neçə qol vurmağı hədəfləyirsiniz?

- Bu mənim üçün sirr qalsın (gülür). Əlbəttə, bu istiqamətdə də qarşıya qoyduğum müəyyən hədəfim var.

- "Sabah" hazırda sonuncu pillədədir, yeni komandandan bu mövsüm hansı nəticəni gözləyirsən?

- Həyatda mümkünsüz heç nə yoxdur. Hamımız – bütün komanda var gücünü qoyaraq, indiki vəziyyəti tam tərsinə çevirə bilərik. Hazırda yalnız mövsümün ilk yarısı geridə qalıb.

- Futbolçu kimi qarşıdakı hədəfləriniz nədən ibarətdir?

- Hazırda yalnız “Sabah”da uğur qazanmaq barədə düşünürəm. Əlbəttə, hər futbolçu kimi mənim də özüməməxsus hədəflərim var. Ancaq hazırda yalnız komandamın qarşıdakı oyunlarına köklənmişəm.

Son xəbərlər

Orphus sistemi