Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib

Afrikalı futbolçu "Mançester Yunayted"i ayrı-seçkilikdə ittiham edib Fransa "Marsel"ində icarə əsasında çıxış edən Erik Bayi müqavilə ilə məxsus olduğu İngiltərənin "Mançester Yunayted" klubunu ayrı-seçkilikdə günahlandırıb.
Futbol
6 Sentyabr , 2022 19:21
Afrikalı futbolçu Mançester Yunaytedi ayrı-seçkilikdə ittiham edib

Fransa "Marsel"ində icarə əsasında çıxış edən Erik Bayi müqavilə ilə məxsus olduğu İngiltərənin "Mançester Yunayted" klubunu ayrı-seçkilikdə günahlandırıb.

"Report"un məlumatına görə, kot d İvuarlı müdafiəçi "The Telegraph" nəşrinə açıqlamasında "qırmızı şeytanlar"ın əsasən yerli futbolçulara üstünlük verdiyini söyləyib.

28 yaşlı oyunçu bildirib ki, hamı eyni şansı qazanmalıdır: "Rəqabət paltardəyişmə otağından başlayaraq təşviq edilməli, klub yalnız bir neçə futbolçunun qeydinə qalmamalıdır. Həmişə hiss etmişəm ki, "Mançester Yunayted"də ingilis oyunçular prioritetdir. Bu, komandanı zəiflədir. Amma "Çelsi"də və ya başqa böyük klublarda belə deyil. Xoşbəxtlikdən, Erik ten Haq güclü xarakterə malikdir. Ümid edirəm ki, o, vəziyyəti müsbətə doğru dəyişəcək".

Qeyd edək ki, Erik Bayi cari mövsümün sonunadək "Marsel"in formasını geyinəcək.

Son xəbərlər

Orphus sistemi