AFFA UEFA prezidenti seçkisində səs verəcəyi namizədi açıqlayıb

AFFA UEFA prezidenti seçkisində səs verəcəyi namizədi açıqlayıb Bu barədə qurumun rəsmi saytı vasitəsilə yayılan açıqlamada bildirilir
Futbol
6 Sentyabr , 2016 13:57
AFFA UEFA prezidenti seçkisində səs verəcəyi namizədi açıqlayıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA prezidenti vəzifəsinə seçkilərdə hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyir. 

"Report"un məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı vasitəsilə yayılan açıqlamada bildirilir.  

Qeyd olunur ki, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi bu il sentyabrın 14-də, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə Aleksander Çeferinə səs verəcəyi barədə qərar qəbul edib.